Newscenter.az.14.02.2022. Hörmətli FB izləyicilərim, son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xoşagəlməz hadisələr yaşanmaqdadır. Bir ziyalı-alim kimi baş verənlər məni də hədsiz dərəcədə narahat edir. Azərbaycan elminin məbədi hesab edilən Akademiya da baş verənlər çoxəsrlik zəngin elmi tariximizə və elm ictimaiyyətinə yaraşmayan hallardır. Elmlər Akademiyası elmimimzin simasıdır. Ona görə də, istəyirəm ki, Elmlər Akademiyasının keçdiyi şərəfli yol haqqında qısa da olsa təsəvvür yaradam.
Azərbaycan elmini dövlətçiliyimizin rəmzlərindən hesab etmək olar. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı gündən intellektual elmi dəyərlərimizin ərsəyə gəlməsində mühüm rol oynamış və dünya elminə görkəmli ailmlər bəxş etmişdir. Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə kimi dünya səviyəli akademiklər bu elm məxəzinə rəhbərlik etmişdir.
Azərbaycan elminin qızıl fondu adlanan Üzeyir Hacıbəyli, Səməd Vurğun, Yusuf Məmmədəliyev, Heydər Hüseynov, Mustafa Topçubaşov, Vəli Axundov, Mirzə İbrahimov, Mirəli Qaşqay, Zərifə Əliyeva, Aida İmanquliyeva, Həsən Əliyev, Cəlal Əliyev və digərləri Akademiyanın inkişafında yüksək fədakarlıq göstərmiş parlaq şəxsiyyətlərdir. Bu cür sanballı şəxsiyyətlərin yetişdirdiyi yüzlərlə alim hazırda Türkiy, Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla elmi fəaliyyətlərini davam etdirirlər.
Akademiyamızın yetişdirdiyi neçə-neçə görkəmli alimlərimizi həm də Azərbyacanın milli sərvəti adlandırmaq mümkündür. Azərbaycan elmini dünya arenasına çıxardan görkəmli akademiklərimizdən biri olan Həsən Abdullayein ABŞ, Fransa, Almaniya, İngiltərə və digər ölkələrdə 40-dan artıq xarici patenti dünya elminin inkişafında xüsusi rol oynamışdır. Həsən Abdullayevin Nobel və Jores Alferov laureatına layiq görülməsi bir daha Azərbaycan elmimin yüksək nüfuz və şöhrətinin bariz nümunəsidir.
Azərbaycanda neft kimyasının əsasını qoymuş Yusif Məmmədəliyevin məhz elmi kəşfi sayəsində keçmiş SSRİ-nin hərbi sənayesində inqilabi dəyişikliklər baş vermişdir. Aviasiya yanacağının ixtira edilməsi məhz faşizmin üzərində qələbənin əldə edilməsində həlledici rol oynamışdır. Yusif Məmmədəliyevin elmi kə.fləri əsasında ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Macarıstan və digər ölkələrdə yüzlərlə elmi tədqiqat və kəşflər aparılmışdır. Yaxud Heydər Hüseynov kimi nəhəng alimin dünya elminə verdiyi töhfə Akademiaymızın şöhrətini ucaltmışdır.
Sözsüz ki, Azərbaycan elminin inkişafında, Elmlər Akademiyasının yüksəlişində Ulu öndər Heydər Əliyevin əvəzsszi xidmətləri çox böyükdür. Onun Azərbaycana rəhbərlik etdiyi illər elmimizin intibahında dönüş dövrü adlandırıla bilər. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Akademiyanın yarısından çoxu Onun həyatı, rəhbərliyi ilə bağlıdır. Çoxəsrlik tariximizdə ilk universal milli 10 cildlik Azərbaycan Ensiklopediyası da Heydər Əliyevin təşəbbüsü ilə nəşr edilmişdir.
Müstəqilliyin ilk illərində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bütün sahələrdə olduğu kimi elmimizə biganə münasibət göstərdi, alimlərimiz dözülməz vəziyyətlə üzləşdi, hətta Elmlər Akademiyasının bağlanması meydana çıxmışdı. Azərbaycanın Xilaskarı olan Heydər Əliyevin kimi ikinci dəfə hakimiyyətə gəlişindən sonra Akademiyanın başı üzərindəki qara buludlar da yoxa çıxdı, elm ictimaiyyətinə ənənəvi dövlət qayğısı bərpa olundu. Heydər Əliyevin Prezident seçilməzdən əvvəl ziyalılarla ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında keçirdi ki, bu da Onun alimlərə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə bağılıdır.
Məhz Onun fərmanı ilə Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu bir daha Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin roluna verilən yükəsk dəyər olmaqla ictimai-siyasi həyatımızda Akademiyanın nüfuzunun təsdiqidir.
Heydər Əliyev deyirdi ki, Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq. Orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olmalıdır. Ona görə də biz Akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq.
Cənab Prezident İlham Əliyev də Milli Elmlər Akademiyasına davamlı diqqət və qayğısını əsirgəməmişdir, Onun 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi, habelə akademiyanın binası ətrafında aparılan yenidənqurma, abadlıq işləri ilə yaxından tanış olması bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir. Prezident İlham Əliyev bildirib ki, Elmlər Akademiyasında Azərbaycanın intellektual elitası cəmlənib. “Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”.
Çox təəssüf ki, 2019-cu ildən Akademiyanın prezidenti kimi fəaliyyətə başlayan Ramiz Mehdiyevin bu müqəddəs elm məbədinə başçılıq etdikdən sonra AMEA-nın hörmətini aşağı salmaqda, elmi müəssisədən siyasi intriqalar yuvasına çevirməkdədir. Akademiya Ramiz Ənvəroviçin antimilli siyasətinin qurbanına çevrilərək elm adamlarının yaradıcılıq ruhuna ciddi xələl gətirməkdədir.
Bu gün Ramiz Mehdiyev Elmlər Akademiyasını 30 il əvvəl dözülməz vəziyyətə saldığı səriştəsiz AXC-Müsavat cütlüyünün eyni yarıtmaz hərəkətlərini təkrarlayır, sanballı alimlərə, professorlara qarşı qarayaxmpa kampaniyası təşkil edir. AMEA-nın bir çox elmi institutlarının rəhbərləri barəsində iftira və böhtan danışmaqla qazandığımız elmi nailiyyətlərə kölgə salmağa çalışır. Vəziyyət o həddə çatıb ki, Akademiyanın görkəmli şəxslərinə, keçmiş akademiklərə qarşı çirkin hərəkətlərə əl atır. Xüsusilə də Akadmeiyanın keçmiş prezidenti Akif Əlizadəyə qarşı nalayiq hərəkətlər milli kimliyi, şərəf və ləyaqəti unutmaqdır. Akif müəllimin hansı əxlaqi və mili-mənəvi keyfiyyətlərə malik olması hər kəsə məlumdur. Onun kimi parlaq şəxsiyyətə qarşı ləkə atmaq cəhdləri dini-imanı unutmaq, mənəvi dəyərlərimizə qarşı hörmətsilikdir. Mirmövsüm ağanın nəslindən qaylaqlanan təmiz və saf əməllərlə düzlük, dürüstlük, haqqaniyyətlilik, yüksək əxlaqi-mənəvi keyfiyyətləri ilə elm xadimlərinin həmişə dərin hörmətini qazanmış Akif Əlizadənin fəaliyyətinə gölgə salmaq cəhdləri ancaq mürtəce və qeyri-milli insanlara xasdır. Sovet hakimiyyəti illərində milli-dini dəyərlərimizə düşmən münasibət sərgiləyən, azərbaycançılıq ideologiyasını zədələməyə çalışan elmi ateizmin əsas müəlliflərindən biri Ramiz Mehdiyev üçün bu gün də milli dəyər anlayışı onun şəxsi mənafe və maraqlarından arxada dayanır.
Bu gün Elmlər Akademiyası dözülməz vəziyyətlə üzləşib, AMEA həqiqi elm ocağından saxtakar insanların yuvasına çevrilib. Ramiz Mehdiyev son qalası kimi sığındığı bu müqəddəs ocaqdan elm fədailərinə qara yaxır. Bu cür intriqalar, eybəcər oyunlar 77 illik Milli Elmlər Akademiyasının parlaq şəxsiyyətlərinə qarşı ədəbsizlikdir, Akademiyanın ilk üzvlərindən olan Üzeyir bəy Hacıbəylinin ruhuna qarşı hörmətsizlikdir.
Hörmətli FB izləyicilərim, Azərbaycanın inkişafında öz əməyini və elmini əsirgəməyəm alimlərimizin üzləşdiyi bu acılnacaqlı vəziyyət ölkəmizin hərtərəfli inkişaf kursuna xələl gətirir, Milli Elmlər Akademiyası Cənab Prezidentin yürütdüyü qətiyyətli siyasətin sürətli tempi ilə ayaqlaşa bilmir. Bu baxımdan ziyalılardan biri kimi Akademiyada təcili islahatların aparılması qarşısıalınmaz prosesə çevrildiyindən bu prosesdə bütün dəyərli elm ictimaiyyətini bir araya gəlməyə dəvət edirəm. Cənab Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Gələcəyimiz naminə bu prosesdə hamımız birlik nümayiş etdirməliyik.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki