Newscenter.az.14.02.2022. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) onlayn formatda Büro iclası keçirilib.
Newscenter.az xəbər verir ki, İCAPP-ın təsisçisi, İCAPP Daimi Komitəsinin həmsədri Xose de Venesia, İCAPP-ın Büro üzvləri və İCAPP-ın Qadınlar Qolunun həmsədrlərinin iştirak etdiyi iclasda təşkilatın 2022-ci il üçün iş planı müzakirə edilib, İCAPP-ın Gənclər Qolunun 6-cı, Qadınlar Qolunun 7-ci iclaslarının 2022-ci il 25-27 mart tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda keçirilməsi qərara alınıb.
İclasda İCAPP-ın Gənclər Qolunun həmsədri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramin Məmmədov da iştirak edib.
Mehman