Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astara sakini özünü asıb



Newscenter.az.16.02.2022. Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, fevralın 15-də rayonun Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məclləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.

Mehman
Xəbəri paylaş