Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avstriya ilə anlaşma memorandumu imzalanıb



Newscenter.az.16.02.2022. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Avstriya Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, iki qurum arasında qida təhlükəsizliyi sahəsində prioritet istiqamətlər üzrə elmi araşdırmaların, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Newscenter.az xəbər verir ki, memorandumda kadr hazırlığı, birgə tədqiqat layihələri, işçi heyət və məlumat mübadiləsi, həmçinin metodologiya, seminarlarda və elmi iclaslarda iştirak, birgə təlim proqramlarının həyata keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlığın icrası öz əksini tapıb. Bundan başqa, laboratoriya diaqnostikası məlumatları ilə bağlı hesabatlar, seminar və konfranslar vasitəsilə məlumat mübadiləsi üçün proqramlar hazırlamaq planlaşdırılır.

Mehman
Xəbəri paylaş