Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BSU-nun tələbələrinin pedaqoji və istehsalat təcrübəsi başladı



Newscenter.az.16.02.2022. Bakı Slavyan Universitetində (BSU) buraxılış ili tələbələrinin 2021-2022-ci tədris ilinin yaz semestri üçün pedaqoji və istehsalat təcrübəsinə hazırlıq, sənədləşmə və digər təşkilati-texniki işlər vaxtında başa çatdırılıb.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, fevralın 16-dan etibarən başlayan pedaqoji və istehsalat təcrübəsi 14 həftə davam edəcək və mayın 25-də başa çatacaq. BSU-nun 647 nəfər tələbəsi 102 nəfər müəllim-metodistin rəhbərliyi ilə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 40-a yaxın tam orta məktəbdə və 8 uşaq bağçasında pedaqoji təcrübə, 376 nəfər tələbəsi isə 120 nəfər müəllim-metodistin rəhbərliyi ilə 32 dövlət və qeyri-dövlət qurumunda istehsalat təcrübəsi keçəcək.

R.Mehdiyeva
Xəbəri paylaş