Newscenter.az.16.02.2022. "Müvəqqəti olaraq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının gözü qarşısında mülki erməni sakinlərin terrorçu V.Balasanyanın təklifi ilə atəş hazırlığı üzrə təlimlərdə iştirak etməsi, təmas xətti yaradaraq səngərlər qazması, Azərbaycanın maşın karvanın Ağdərədən geri qaytarılması və s. həm Rusiya, həm də Ermənistan tərəfindən Birgə Bəyanatın şərtlərinin kobud şəkildə pozulması deməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə münasibət bildirərkən səsləndirib.
Ekspert bildirib ki, bu faktlar Azərbaycanın da adı çəkilən sənəd üzrə öhdəliklərini yerinə yetirmək məsuliyyətindən azad edir.
Mehman