Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK gömrük əməkdaşlarının həbsi ilə bağlı məlumatlara aydınlıq gətirib



Newscenter.az.16.02.2022. Ötən gün bəzi saytlarda və sosial şəbəklərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda xüsusi əməliyyatın həyata keçirildiyi və gömrük əməkdaşlarının həbs olunduğu barədə əsassız məlumatlar yayılıb.

Bu barədə Newscenter.az Komitənin məlumatına istinadən xəbər verir.

Komitə bildirir ki, yayılan məlumatda hətta guya həbs olunan əməkdaşların DGK rəhbərliyi ilə qohumluq əlaqələrinin olduğu iddiası ilə təxəyyül məhsullarını özündə ehtiva edən informasiyalar tirajlayıblar.

Komitədən qeyd edilib ki, gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffafliğin təmin olunması, korrupsiya və digər qanunazidd əməllərin qarşısının alınmasıdır: “Son 4 ildə bu istiqamətdə nəzarət və mübarizə tədbirləri gücləndirilməklə yanaşı, mütəmadi olaraq gömrük əməkdaşları ilə profilaktik işlər aparılır, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları müstəqil olaraq, eyni zamanda aidiyyəti digər dövlət orqanları ilə birlikdə xüsusi əməliyyatlar keçirir və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılır”.

Bildirilir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda həyata keçirilib və hazırda Komitənin aidiyyəti strukturları tərəfindən aparılan müvafiq araşdırmalar davam etdirilir.

DGK bir daha vətəndaşlara və sahibkarlara müraciət edərək gömrük sistemində qarşılaşdıqları hər hansı qanunsuzluq, korrupsiya və rüşvət halları ilə bağlı kimliyindən və rütbəsindən asılı olmayaraq Komitəyə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməyi xahiş edir.

O cümlədən, hər kəsi Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı yanlış məlumatlar yaymamağa, gömrük orqanlarınn fəaliyyətinə kölgə salmamağa çağırırıq. Xatırladaq ki, qanunun tələblərinə əməl etməmək qanun qarşısında məsuliyyət yaradır.

Sevinc
Xəbəri paylaş