Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol üzrə Nərimanov rayon turniri keçirilib



Newscenter.az.16.02.2022. 16 fevral 2022-ci il tarixində 212 saylı tam orta məktəbin idman zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Aprel döyüşləri şəhidi Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar arasında basketbol idman növü üzrə rayon turniri keçirilib.

Newscenter.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, məktəbliləri basketbol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin fiziki tərbiyə müəllimləri və 144 nəfər şagird iştirak etmişdir.

Yarışda I yeri 82 nömrəli tam orta məktəbin komandası, II yeri 212 nömrəli tam orta məktəbin komandası və III yeri isə 45 nömrəli tam orta məktəbin komandası qazanmışdır.

Qalib komandalar İdarə tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar. Sonda isə şəhidin atasına xatirə diplomu və Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim edilmişdir.

Mehman
Xəbəri paylaş