Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Malayziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib



Newscenter.az.16.02.2022. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına və bu istiqamətdə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb. Malayziyanın KOB sahəsində fəaliyyət göstərən müvafiq təşkilatları ilə əməkdaşlığa maraq ifadə olunub, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı və işgüzar əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, məlumat mübadiləsi və s. məsələlər qeyd olunub.

Sevinc
Xəbəri paylaş