Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əmək münasibətlərinin monitorinqi mərkəzi səyyar görüşləri davam etdirir



Newscenter.az.16.02.2022. Əmək münasibətlərinin monitorinqi mərkəzi tərəfindən tikinti obyektlərində işəgötürənlərlə görüşlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, cari il ərzində 45 tikinti obyektində maarifləndirici görüş keçirilmiş, əmək münasibətlərinin tənzimlənməsilə bağlı qanunvericiliyin tələbləri nəzərə çatdırılmışdır. Həmçinin müvafiq sahə ilə bağlı təkliflər dinlənilmişdir.

Əmək münasibətlərinin monitorinqi mərkəzi bir daha bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək müqaviləsi əmək bildirişləri sistemində hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır.

Maarifləndirici görüşlərlə yanaşı monitorinqlər də davam etdirilir.

Sevinc
Xəbəri paylaş