Newscenter.az.16.02.2022. "işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə işlərinın əhatə dairəsi də genişlənir. Hansı ərazilərdə təhlükəsiz şərait təmin olunursa, o ərazilərdə işlərə start verilir. Avtomobil yolları şəbəkəsi və dəmir yolların tikintisi sürətlə davam etdirilir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, İlk növbədə ərazilər minalardan təmizlənir:
"Növbəti mərhələdə isə yol infrastrukturu və enerji təminatı məsələləri həll olunur. Elektrik enerjisi ilə fasiləsiz təminatı digər işlərin də sürətini artırır. Çünki, müasir dövrdə elektrik enerjisi ilə dayanıqlı təchizatı təşkil olunmadan nə yeni müəssisələrin qurulmasından, nə də ki, insanların qayıdışından danışmaq mümkün deyil”.
Əkrəm Həsənovun sözlərinə görə, görülən işlərin miqyası və sürəti deməyə imkan verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü iqtisadi, texniki və kadr potensialı formalaşıb:
“Lüksemburqdan 3 dəfə böyük olan işğaldan azad olunmuş ərazilərimizi heç kimin köməyi, dəstəyi və heç kimdən asılı olmadan təkbaşına sıfırdan yenidən qururuq. Bu həm də bizim uğurumuz deməkdir”.
Mehman