Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxda suvarma mövsümünə ciddi hazırlıq işləri görülür



Newscenter.az.16.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Qazaxda suvarma mövsümünə hazırlıqla əlaqədar arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. Bundan başqa İkinci Şıxlı kəndi əhalisinin 910 hektar pay torpaq və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması üçün İkinci Şıxlı 1-ci pillə nasos stansiyasında və örtülü suvarma şəbəkəsində təmir bərpa işləri artıq yekunlaşıb. Prezident İlham Əliyevin sərəncamına əsasən əhalinin su təminatını yaxşılaşdırmaq üçün 10 ədəd yeni subartezian quyusunun da qazılması nəzərdə tutulub.

Qazax Suvarma Sistemləri İdarəsi rayonun 18911 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş Pay torpaq və həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Bu sahələrin suvarılması üçün baş mənbədən Ağstafaçay, Coğaz çay, İncəsu çay su anbarlarından, Kür və Xram çaylarından su götürülür. Qeyd olunan sahələrin 7100 hektar mexaniki üsulla yəni nasos stansiyaları, 1181 hektar isə öz axımı ilə açıq kanallar və arxlar vasitəsilə suvarılır. Ümumillikdə rayon ərazisində Suvarma Sistemləri İdarəsinin balansında 850,5 km uzunluğunda kanallar, arxlar boru kəmərləri və qapalı şəbəkələr mövcuddur, bundan 485,6 km açıq arx və kanallardır. Qeyd edək ki, kanalların 67,3 km-i beton üzlüklü kanallardır. Ötən 5 il ərzində 1507 km uzunluğunda arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılıb. Rayon ərazisində hər il yeni əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə örtülü suvarma şəbəkələri çəkilərək istismara verilib.

Ümumillikdə rayon ərazisində 205 subartezian quyusu istismar olunur ki, nəticədə əhalinin suvarma və məişət-kommunal suyuna olan tələbatı ödənilir. Cari təmir işləri hesabına 55 ədəd hidrotexniki qurğularda, 40 ədədi hidrometrik postlarda,11ədəd nasos stansiyalarda, 4 ədəd mülki və istehsalat binalarında da təmir işləri aparılıb. Artıq 2022-ci ilin yaz vegetasiya suvarmasına hazırlıqla əlaqədar, arx və kanallarda, nasos stansiyalarında və örtülü suvarma şəbəkələrində cari təmir işləri il ərzində davam etdiriləcəkdir.

Sevinc
Xəbəri paylaş