Newscenter.az.16.02.2022. Biz işğaldan azad edilmiş doğma torpaqlarımıza qayıdacağımız günü səbrsizliklə gözləyirik.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib. O bildirib ki, ermənilərin 30 il ərzində dağıdaraq viran qoyduğu ərazilərimiz hal-hazırda yenidən bərpa edilir:
"Azərbaycan öz gücü hesabına işğaldan azad edilmiş ərazilərə yenidən həyatın qaytarılmasını təmin edir. Əsas güc doğma torpaqlarımızı dirçəltməyə yönəldilib".
Əkrəm Həsənov qeyd edib ki bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir və bu, Böyük Qayıdışın tezliklə baş verəcəyindən xəbər verir:
"Şuşanın baş plana uyğun yenidənqurma və bərpası sürətlə aparılır. Tamamilə yeni konsepsiya əsasında inşa olunan Zəngilan rayonunun Ağalı kəndi tezliklə öz sakinlərini qarşılayacaq. Füzuli Beynəlxalq Hava Limanı 8 ayda tikildi və artıq beynəlxalq hava reysləri qəbul etməyə başlayıb. Ümid edirik ki, bərpa işlərinin aparılması sürətlənsə daha da gözəl olar".
Mehman