Müdafiə Nazirliyinin sabiq idarə rəisinin barəsində həbs qətimkan tədbiri seçilib
Tarix: 21-02-2022, 15:30
Newscenter.az.21.02.2022. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.
Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.