Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaş itaətsizliyinin formaları kimi layihələrin maliyyələşməsinə daha çox üstünlük veriləcək



Newscenter.az.21.02.2022. Yalnız bir donor 2021-ci ildə 970 235 ABŞ Dolları qrant ayırıb. Bu ABŞ-ın NED təşkilatıdır. Qrant alan təşkilatların adları açıqlanmasa belə il ərzində əsas fəaliyyətləri təhlil edərkən qrantı kimlərin aldığı bəlli olur. Əsas mövzular aşağıdakılar olub:

"Yerlərdə vətəndaş fəallığının artırlması və icma səfərbərliyi

Müstəqil mediaya dəstək", "Yerlərdə iştirak potensialının artırılması", "Nomeklatur (elit) korrupsiyanın sənədləşdirlməsi",
"Korrupsiyalaşmış tenderlərin sənədləşdirlməsi (məlumatların toplanması)" "Yerli problemlərin qabardılması", "Regionlarda insan hüquqları", "İnsan hüquqlarının monitorinqi" və s.

NED ötən ildən sonra daha çox region əhalisinin fəallaşdıərlması, region əhalisi arasında maarifləndirmə, icma səfərbərliyi kimi layihələrə üstünlük verib. ABŞ "demokratiya" sammitindən sonra bu istiqamətdə fəaliyyətlərin daha da genişlənməsi nəzərdə tutulub.

Vətəndaş itaətsizliyinin formaları, lokal etiraz aksiyalarının təşkili yollarının öyrədilməsi və s. kimi layihələrin maliyyələşməsinə daha çox üstünlük veriləcək. Paytaxtda və yerlərdə olan QHT-lərin şəbəkələşməsi üçün ictimai şuraların yaradılması adı altında başlanmış layihələr davam etdirləcək.

Sahib Məmmədov-VƏHML sədri
Xəbəri paylaş