Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Nizami rayon təşkilatının fəalları Memorial Soyqırımı Muzeyi ilə tanış olublar



Newscenter.az.21.02.2022. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəallarının tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, mənfur düşmənlərimiz və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla diqqətə çatdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub.

Newscenter.az-ın xəbərinə görə, muzeylə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləməsinin və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpası, erməni qəsbkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu olub.

Qeyd edilib ki, son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənib, ermənilərə qarşı ideoloji mübarizə daha səmərəli xarakter alıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad olunması, eləcə də erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir. Eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının da mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Fəallar muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və videomateriallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olub, videoçarxlara tamaşa ediblər.

Ruhiyyə
Xəbəri paylaş