Newscenter.az.22.02.2022. "BMT Ukraynanın Baş Assambleyanın qətnamələrində müəyyən edilmiş sərhədlər daxilində ərazi bütövlüyünü dəstəkləyir".
“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.
Düjarrik qeyd edib ki, bölgəyə sülh gətirmək və gərginliyi azaltmaq üçün mümkün olan diplomatik səylər yaxşı mənada tədqiq edilməlidir.
Onun sözlərinə görə, baş katib dialoq diplomatiyasını dəstəkləyir ki, orada hamının BMT Nizamnaməsinə hörmət etməsi tələb olunur.
"Biz məsələnin həlli istiqamətində ABŞ və Rusiya arasında hələ də planlı danışıqların olduğunu görürük. Ümid edirik ki, bu həftənin sonunda Cenevrədə bu istiqamətdə müzakirələr davam etdiriləcək. Hesab edirik ki, müxtəlif platformalar vasitəsilə tərəflərin gərginliyi azaltmaq üçün bir yol tapması vacibdir”, - Düjarrik vurğulayıb.
Sözçü əlavə edib ki, BMT Ukraynanın şərqində humanitar cəbhədə fəaliyyətini davam etdirir.