Newscenter.az.22.02.2022. Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.
"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.
Rayonun Bürcəli kənd sakini, 51 yaşlı Qafur Məmməd oğlu Hadıyev hadisə yerində keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.