Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin itirəcəyi bir şey qalmayıb



Newscenter.az.22.02.2022. Rusiyanın Ukraynanın Krım yarımadasını işğal etdikdən sonra ölkənin Donbass adlanan böyük bir ərazini işğal edərək,separatçı rus kökənli Ukrayna vətəndaşlarının iştirakı ilə 2 qondarma respublika yaratdı.

Dünyanın və beynəlxalq güclərin davamlı etirazlarına və Rusiyaya qarşı qəbul olunmuş ciddi sanksiyalara baxmayaraq dünən, 2022-ci il fevral ayının 22-də Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirərək Stalinsayağı şuranın bütün üzvlərinə açıq-aşkar təzyiq edərək əsə əsə,dilləri tutularaq bu avantürist qərarı verməyə nail oldu. Bu Dünyaya vaxtılə Hitlerin 2-ci dünya savaşının başlanğıcında Çexoslovakiya və Polşanın işğalı ilə bağlı atdığı addımların eynisidir.

Putinin bu qərarı Rusiyadakı millətçilərin kolonlarla həmrəy olan bəzi hərbçilərin dəstəyini alaraq öz siyasi ömrünü uzatmağa hesablanıb. Hitler bunnanda qat-qat artığını etmişdi,aqibəti bəllidir.

Biz, Haqq Ədalət Partiyası olaraq Rusiya Təhlükəsizlik Şurasının Putin başda olmaqla qəbul etdiyi bu qərarı pisləyir,bunu hərbi-siyasi cinayət kimi dəyərləndirir,Ukrayna xalqının haqq işini dəstəkləyirik.

Belə bir ağır durumda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfər edərək hələ məzmunu məlum olmayan Rusiya ilə imzalayacağı müttəfiqlik sənədinin imzalanmasını yolverilməz səhv siyasi addım hesab edirik.

HƏP sədri Əli İnsanov
Xəbəri paylaş