Newscenter.az.22.02.2022. Ölkə başçımız möhtərəm İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda reallıqları diqtə edən aparıcı dövlətə çevrilmişdir. Eyni zamanda idarəetmənin təkminləşdirilməsi - bacarıqlı, çevik komandanın yaradılması istiqamətində aparılmış islahatlar çox önəmli və dəyərlidir.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər dünyanın aparıcı dövlətlərinin təcrübəsinə istinad edir. İdarətemə sisteminin düzgün və düşünülmüş təşkili qarşıya qoyulmuş hədəflərə çatmaqda mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu nöqteyi nəzərdən 2016-cı ilin sentyabr ayının 26-da cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə konstitusiya islahatları ilə əlaqədar keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisatın – “Vitse Prezidentlik” institutunun yaradılması çox mühüm əhəmiyyət kəsb edir:
“ Qeyd etmək lazımdır ki, ölkəmizdə hər bir strateji önəm daşıyan qərarlar cəmiyyətin sosial sifarişlərinə söykənir və əsas kimi götürülür. Çünki dövlət siyasətimizin kökündə vətəndaş məmnunluğu dayanır.2017-ci ilin fevral ayının 21-də cənab prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Mehriban Əliyeva- Ümumilli Liderimiz Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan xalqının sevimlisi, gözəl həkim, mehriban ana, prinsipial, peşəkar eyni zaman da çox xeyirxah insan və möhkəm silahdaş, Azərbaycan xanımının bütün gözəl məziyyətlərini özündə cəmləyən şəxsiyyətdir. Ötən beş il, bütün bu deyilənlərin təsdiqi, bu institutun uğurlu fəaliyyətidir. Bu illər ərzində Birinci vitse-prezidentin formalaşdırdığı komandası idarəetmədə səmərəliliyi və çevikliyi daha da artırıb. Burada qazanılan nailiyyətlərin özəyində böyük zəhmət, Mehriban xanımın qazandığı Azərbaycan xalqının ona olan sevgisi, hörməti, inamı böyük önəm daşıyır”.
Mehriban xanım Əliyeva cəmiyyətimizin ən həssas təbəqələrinin problemlərinin araşdırılması, onların həll yollarının axtarılması, həlli mümkün olan problemlərin yerindəcə həll olunması, ana qayğısına, xüsusi qayğıya ehtiyacı olan balalarımızı sevindirmək, Azərbaycanın zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətində möhtəşəm layihələr həyata keçirmək istiqamətində böyük səylər göstərmişdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti , Birinci vitse-prezident ölkəmizin ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitəsinin rəhbəri kimi yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı nümayiş etdirib:
“Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oynamışdır. Birinci Avropa və IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Qaçqın və məcburi köçkünlərin problemləri daima Mehriban xanımı narahat edən, düşündürən məsələlərdən olmuşdur ki, bu istiqamətdə görülən işləri qeyd etməmək mümkün deyil. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində şəhid ailələrinə, qazilərə diqqət və qayğı xüsusi yer tutur. Bu kateqoriyadan olan şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Mehriban Xanım Əliyevaya möhkəm can sağlığı, ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyi səmərəli fəaliyyətində böyük uğurlar arzulayırıq”.
Ruhiyyə