Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı



Newscenter.az.24.02.2022. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir.

Belə ki, 30 ilə yaxın müddətdir ki, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi günü-gündən yüksəlir. Həmçinin ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir. Bu baxımdan cənab İlham Əliyevin Prezident kimi Rusiyaya 48-ci səfəri və Müttəfiqlik sənədinin hazırlanması, eyni zamanda tərəflər arasında razılaşdırılması uzun sürən proses olduğunu göstərir. Vətən müharibəsindən sonra 2021-ci ilin iyun ayının 15-də qardaş Türkiyə ilə müttəfiqlik münasibətləti haqqında Bəyannamənin imzalanması, bu günlərdə isə növbəti diplomatik qələbəmiz olan Azərbaycanın milli maraqlarına xidmət edən sənədin imzalanması Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsidir.Bbu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Eyni zamanda regionda gedən proseslər göstərir ki, Rusiyanın təsiri bu bəyannamə olmadan da artmaqdadır.

Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevrilmişdi. Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək hələ də regionda və bütövlükdə dünyada yeni reallıqlar yaradıb. Və bu müstəvidə milli təhlükəsizlik problemləri getdikcə daha böyük aktuallıq qazanır. Azərbaycan qardaş Türkiyə ilə Şuşa bəyannaməsini imzalamaqla Qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll etdi. Ölkənin milli təhlükəsizliyinin digər əhəmiyyətli və strateji istiqaməti isə Rusiya Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulmasını bir zərurətə çevirən şimal istiqamətidir.

İmzalanan Bəyannamə hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. 43 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi, humanitar sahələri nəzərdə tutan belə bir mühüm sənədin imzalanması Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bu müttəfiqlik yeni dünya kontekstində Azərbacanı öz müttəfiqləri ilə birlikdə güc mərkəzlərindən birinə çevirəcək və uzunmüddətli sülhə gətirib çıxaracaq.

Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Şuşa bəyannaməsində olduğu kimi, Moskva bəyannaməsi də Azərbaycanın müstəqilliyinə, suverenliyinə təhlükəsizliyinə növbəti dəstəkdir. Bununla da Azərbaycan postsovet məkanında bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanan yeganə ölkəyə çevrilir.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı
Xəbəri paylaş