Newscenter.az.24.02.2022. Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bakı şəhərinin Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.