Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva Bəyannaməsi olduqca önəmli bir sənəddir



Newscenter.az.24.02.2022. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.

Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Dövlət başçısı İlham Əliyev hələ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması gündəmə yeni çıxan məsələ deyil və heç bir halda regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.

Bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan unikal və neytral diplomatiya fəaliyyəti göstərir. Hazırda ölkəmiz demək olar ki, dünyanın bir çox dövlətləri ilə müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli tərəfdaşlıqlar edir.

2021-ci ildə Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında bağlanan "Şuşa Bəyannaməsi", dünən isə imzalanan "Moskva Bəyannaməsi" bir daha sübut edir ki, Azərbaycan regionda və dünyada öz sözünü deməkdə olan iki nəhəng dövlətlərlə əlaqəsini tam yeni və möhtəşəm mərhələyə çatdırır. Unudulmamalıdır ki, Azərbaycan qalib ölkədir və regionda baş verəcək hadisələrə birbaşa mövqeyini sərgiləyə bilər, ehtiyac olacağı təqdirdə tədbirlər görə bilər. Qalib ölkənin başçısı kimi İlham Əliyevin imzası ilə təsdiqlənən bəyannamə ilə ətraflı tanış olmaq kifayət edir ki, bu bəyannamənin istər ölkəmiz, istərsə də region üçün necə əhəmiyyətli olduğunu görəsən. Başqa sözlə, Moskva bəyannaməsi Azərbaycan və Rusiya arasında əlaqələri yeni mərhələyə daşıyır.

Mirqiyam Məmmədov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı
Xəbəri paylaş