Newscenter.az.24.02.2022. Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bəyannamənin Azərbaycan tərəfi üçün faydaları daha çoxdur. Cənab Prezidentin xarici siyasəti məhz milli maraqlar üzərində qurulub. Bu sənəd çox müsbət əhəmiyyət kəsb edəcək. Bu Bəyannamə üçün uzun müddət öncə idi ki, hazırlıq işləri görülürdü. İmzalanan yeni Bəyannamənin Azərbaycan üçün əhəmiyyəti böyükdür, hər bir bəndini dövlətimiz üçün çox faydalı hesab etmək olar. Qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir.
Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.
Bu bənd gələcək üçün böyük perspektivlər açır. Bizim qarşılıqlı siyasi fəaliyyətimizi artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcəyik mənasına gəlir. Bəyannamənin 17-ci bəndində deyilir: Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.
Cənab Prezident İlham Əliyevin Rusiyadakı çıxışı zamanı, bütün fikirləri Azərbaycanın maraqlarıyla üst-üstə düşürdü. Prezidentin söylədiyi daha bir fikir: "Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyaların açılması barədə bütün bəndləri yerinə yetirəcək".
İmzalanan yeni Bəyannamə, Azərbaycan üçün böyük imtiyazdır. Azərbaycan hər zaman olduğu kimi sülhün tərəfdarıdır və bu Bəyannaməyə əsasən Ermənistan tərəfi də artıq kiməsə arxayın olub baş qaldıra bilmədiyi üçün məcbur qalıb sülh yolunu seçəcək. Bəyannaməyə əsasən Rusiyanın artıq Ermənistana, bizə qarşı savaşması üçün heç bir dəstək göstərməsi mümkün deyil. 10 Noyabrda üçtərəfli imzalanan sənəddə hələ də həllini tapmayan məsələlərin, Azərbaycan tərəfini qane edən şəkildə həllini tapması istisnasızdır. Hələ Qarabağ savaşı zamanı Rusiya Prezidenti söyləmişdir, müharibə Azərbaycan ərazisində gedir, bizim müdaxilə etmək hüququmuz yoxdur. Hal-hazırda sənəd olaraqda bu söz öz təsdiqini tapdı. Hərkəs yeni imzalanan Bəyannamənin bütün bəndlərini diqqətlə oxusa, buna şahid olacaq.
Bəyannamənin 25-ci bənddində deyilir: Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər. Bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.
Ümumiyyətlə Azərbaycanın uğurlarına, Cənab Prezident İlham Əliyevin hər dəfə imzaladığı uğurlu sənədlərə kölgə salanlar düşünməsinlər bununla nəyəsə nail ola biləcəklər. Danışılan böhtanlar, qarayaxmalar Xalq-İqtidar birliyinə daha da stimuldur, Xalq-İqtidar birliyini daha da möhkəmlədir. Bu insanlar tərəfindən qərəzli şəkildə yayılan yalan və böhtan xarakterli məlumatlar bir daha sübuta yetirir ki, Xalq və İqtidar birlikdə doğru yolu getməkdədir.
Qaragüruh dəstələrin, xaricdən maliyyələşənlərin yaydığı böhtan xarakterli saxta informasiyalara inanmaq, insanı ancaq uçuruma apara bilər. Onların illərlə apardığı "mübarizənin" heç bir nəticəsi olmamış, xərclədikləri milyonlar boşa getmişdir. Bu üzdən daha da aqresivləşib böhtanlarının sayını artırmaqla məşğuldurlar. Azərbaycan xalqı artıq onların iç üzünə bələddir və sosial şəbəkələrdə onların necə saxta, yalan, böhtan xarakterli informasiyalar yaydıqlarını şərhlərdə qeyd edir.
Yersiz qınaqlar, qərəzli tənqidlər, rəqiblərin və səfil insanların atdıqları çürük sözlər qaməti düz olan insanı kölgəsinin əyriliyinə görə qınamağa bənzəyər. Azərbaycan xalqı çox yaxşı bilir və anlayır ki, Müzəffər Prezident İlham Əliyev nəyi, nə zaman, necə edəcəyini yaxşı bilir və 19 illik fəaliyyəti dövründə bunu hər addımında şəffaf və mərd-mərdanə şəkildə həyata keçirdiyi siyasətiylə sübuta yetirmişdir. Cənab Prezidentin imzaladığı bütün Bəyannamələr bu gün və sabah üçün uğurlu olmaqla yanaşı, eyni zamanda 50 il sonra üçün hesablanmışdır.
Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya dostluğu günü-gündən möhkəmlənir. Rusiya Ermənistan və Azərbaycan arasında müharibənin dayandırılmasında vacib rol oynadı və bu da daha az şəhid verərək ərazi bütövlüyümüzü bərpa etməyə imkan yaratdı.
Mircalal Mehdiyev
Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının işçisi