Rusiya qoşunları Ukraynanın Xerson şəhərinə girib
Tarix: 24-02-2022, 22:57
Newscenter.az.24.02.2022. Krım yarımadasından Ukrayna ərazisinə daxil olan Rusiya hərbçiləri Xerson şəhərinə girib.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov cümə axşamı keçirdiyi brifinqdə bildirib.
“Krım istiqamətində reyd dəstələrinin və hava-desant qoşunlarının birgə istifadəsi rus qoşunlarının Xerson şəhərinə çıxışını təmin edib”, - Konaşenkov deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyektini sıradan çıxarıb.