Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Prezidentin Rusiya KİV-lərinə müsahibəsi Azərbaycanın informasiya müharibəsindəki mövqeyini daha da möhkəmləndirdi”



Newscenter.az.25.02.2022. "Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə çox ciddi mesajlar verdi. İstər iki ölkə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması, Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin yaradılması, eləcə də erməni jurnalistlərin təxribatçı suallarının sərrast cavabları media nümayəndələri tərəfindən də maraqla qarşılandı. Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə Prezident İlham Əliyevin bütün sualları sərrast cavablandırması dövlətimizin başçısının yüksək dialoq məharəti və mədəniyyəti, müzakirə aparmaq bacarığı və geniş məlumatlılığının daha bir göstəricisidir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə,dövlət başçımıza ünvanlanan sualların xarakterindən aydın oldu ki, Rusiyada da müttəfiqlik bəyannaməsi strateji tərəfdaşların münasibətləri kimi dəyərləndirilir:

"Rusiya KİV-ləri iki ölkə arasında münasibətlərin indiki formatını ali format kimi qəbul edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlətlərarası münasibətlərdə bu, aysberqin zirvəsidir. Bu sənəd eyni zamanda Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq, bu ölkənin imkanlarından öz maraqları üçün istifadə etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlükdən yararlanmaq imkanlarını heçə endirir".

Könül Nurullayeva qeyd edib ki, müsahibə zamanı ən çox diqqət çəkən məqamlardan biri erməni əsilli jurnalist Marqarita Simonyanın ermənilərin guya Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı qərəzli, təxribatçı mövqeyinin də cavabı verildi.

“Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur” söyləyən dövlət baçımızın bu mövqeyi Rusiyadakı erməni lobbisinə ən tutarlı cavab idi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Marqarita Simonyana cavab olaraq, 30 il ərzində erməni işğalının ağır nəticələrini nüfuzlu KİV-lər qarşısında xatırlatması isə Azərbaycanın informasiya müharibəsindəki mövqeyinə əlavə impuls verdi. Erməni əsilli jurnalist Marqarita Simonyan danılmaz faktlar, arqumentlərə əsaslanan tutarlı cavablar qarşısında aciz qaldı və bu, bütövlükdə Rusiyadakı erməni lobbisinin, ermənipərəstlərin susdurulması demək idi".

Deputat daha sonra qeyd edib: "Bir sözlə, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərini son illər ölkəmizin xarici siyasətində ən önəmli hadisələrdən biri, dövlətimizin başçısının siyasi-diplomatik məharətinin nümayişi kimi dəyərləndirirlər".

Ruhiyyə
Xəbəri paylaş