Newscenter.az.25.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, İmişli rayonunda növbəti suvarma mövsümünə hazırlıq işləri sürətlə davam edir. İmişli Suvarma Sistemləri idarəsinin əsas vəzifəsi balansında olan suvarma kanallarını lildən təmizləmək, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdən ibarətdir. Rayon ərazisində olan əkin sahələri uzunluğu 1176 km-dən artıq olan suvarma kanalları vasitəsi ilə suvarılır. Bunlar əsasən su mənbəyi Araz çayı və Yuxarı Qarabağ kanalı olan Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənubi Muğan, Rəsul arx, R-2 və Arazyanı kanallarıdır. 2021-ci ildə ümumilikdə 604 kilometrə yaxın uzunluğunda, 1436 kubmetr həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib. Bundan başqa idarənin balansında olan 25 ədəd nasos stansiyalar vasitəsilə 9515 ha əkin sahəsi suvarma suyu ilə təmin olunur. Əlavə olaraq 6 ədəd dizel yanacağı ilə işləyən nasos aqreqatları var ki, bu da rayonun tələbata uyğun ərazilərində quraşdırılır. Hazırda nasos stansiyaların hər biri işlək vəziyətdədir.
İmişli rayonunda hər il olduğu kimi ötən il də kənd təsərrüfatı bitkiləri əkilib və suvarılması tam başa çatdırılıb. İl ərzində taxıl bitkiləri 2 dəfə, pambıq sahələri 1 dəfə arat və 2.6 dəfə suvarılması işləri aparılıb. Digər bitkilər isə təlabata uyğun olaraq suvarma suyu ilə təmin edilib. Təmiri bu il üçün nəzərdə tutulan İmişli Suvarma Sistemləri İdarəsinin balansında olan hidrotexniki qurğulardan 151 ədədi, boru kəmərlərindən 50 km, beton kanallardan 2 km, nasos stansiyalardan 7 ədədi, subartezian quyularından 3 ədədi cari təmir olunub və 2 ədəd nasos stansiya əsaslı təmir edilib.
Bildirək ki, İmişli Suvarma Sistemləri İdarəsi 54290 hektardan artıq suvarılan torpaqlara xidmət edir. Bu sahələrdə hər il pambıq, taxıl, çoxillik bitkilər, bostan-tərəvəz, şəkər çuğunduru və qarğıdalı əkilir.
Sevinc