Newscenter.az.25.02.2022. Ukraynanın Kiyev vilayətinin Buçe şəhərində Rusiyanın diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Bununla yanaşı, Qostomel şəhərində şiddətli döyüşlər gedir. Qarşı tərəfin əraziyə əlavə qüvvələr cəlb etməsinə baxmayaraq, Ukrayna ordusu müqaviməti davam etdirir.
Xatırladaq ki, Qostomeldə döyüşlər ötən gün axşam saatlarından başlayıb. Şəhər aerodromunun arxasında Rusiya hərbi qüvvələrinin zərəsizləşdirildiyi barədə məlumatlar yayılıb.