Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarkovdakı fəxri konsulumuzdan şəhərdəki vəziyyətlə bağlı AÇIQLAMA



Newscenter.az.25.02.2022. Ötən gündən başlayaraq Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində hərbi əməliyyatlar gedir. Ukraynanın Xarkov şəhəri ölkənin ikinci şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxındır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Azərbaycanın Xarkovdakə fəxri konsulu Əfqan Salmanov çıxış edib. O qeyd edib ki, buna baxmayaraq Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir:

«Hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosessi ilə məşğuldur. Operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyi və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək».

Mehman
Xəbəri paylaş