Newscenter.az.25.02.2022. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımından 30 il ötür. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətdilər.
Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. 613 soydaşımız qətlə yetirildi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Eyni zamanda, bir neçə ailə tamamilə məhv edildi, yüzlərlə dinc sakin ağır yaralandı, minlərlə insan girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç zaman unutmayacaq.
Ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir.
Bu bir reallıqdır ki, bu millətin bütün “milli qəhrəmanları” hamısı cinayətkar və uşaq qatilləridir. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur, Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir.
Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır.
Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Ermənistanın özünə gəlməsi üçün uzun illər lazım olacaq. Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.
Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı.
Onu da qeyd etmək lazımdır ki, Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz milli mənsubiyyətlərinə görə tamamilə məhv etmək niyyəti ilə törədilib.
Bu gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin tarixinə faciə kimi yazılmış bu hadisənin dünyaya çatdırılması və tanıdılması istiqamətində çoxsaylı işlər görülməkdədir.
Biz inanırıq ki, Xocalı faciəsini törədənlər bir gün Qanun qarşısında mütləq cavab verəcək, layiqli cəzalarını alacaqlar.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı