Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlax sakinlərinə hədə-qorxu gələrək 21 min manat tələb edən sayt rəhbəri tutulub



Newscenter.az.25.02.2022. Yevlax sakinlərinə hədə-qorxu gələrək 21 min manat pul tələb edən şəxslər tutulub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri - E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 min manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş