Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib, xəsarət alanlar var

Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib, xəsarət alanlar var


Newscenter.az.26.03.2022. Rusiya hərbçilərinin Ukraynanın Lvov şəhərinə endirdikləri raket hücumları nəticəsində 5 nəfər yaralanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının sədri Maksim Kozitski məlumat yayıb.

"Bu saata kimi Lvova iki raket zərbəsinin endirildiyini deyə bilərəm. Yaşayış binasına və ya digər infrastruktur obyektlərinə zərbə endirilməsi ilə bağlı məlumat təsdiqini tapmayıb", - o qeyd edib.

İlkin məlumata görə, beş nəfər xəsarət alıb.

"Raket hücumu təhlükəsi hələ də var. Küçədə gəzməyin! Heç bir şeyin şəklini çəkməyin! Anonim teleqram kanallarında məlumatları oxumayın və oradan yaymayın", - Kozitski deyib.

Anar TAGIYEV
Xəbəri paylaş