Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarıb

Rusiya qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarıb


Newscenter.az.31.03.2022 “Rusiyanın silahlı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir, bununla yanaşı, qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarır”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbukdakı səhifəsində məlumat yayıb.

"Düşmən xeyli itki verməkdə davam edir. Əldə olan məlumata görə, martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı 200-ə yaxındır", - məlumatda bildirilir.

Baş Qərargah qeyd edib ki, işğalçılar texnikanın döyüşə çıxarılmasında ciddi çətinliklər yaşayırlar.
Xəbəri paylaş