Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.
Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.
Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.