Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şərurlu İsfəndiyar” məhkəməyə verilib

“Şərurlu İsfəndiyar” məhkəməyə verilib


“Azərbaycan Beynəlxalq Bankı” ASC “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, onun şirkəti “Stil Tikinti” MTK və fəaliyyəti dayandırılmış “Bakılı” futbol klubunun sabiq prezidenti Misir Əbilovu məhkəməyə verib.

“Report”un əldə etdiyi məlumata görə, bank kredit müqaviləsi iddiası ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

İddia hakim Nigar Nəbizadənin icraatına verilib. Məhkəmənin vaxtlı hələlik məlum deyil.
Xəbəri paylaş