Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Şuşada Bakıın yeni strateji hədəfini elan etdi

Prezident Şuşada Bakıın yeni strateji hədəfini elan etdi


Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını ən yeni tariximizin başlanğıcıdır. Prezient İlham Əliyevin dünən Şuşada Qurultaydakı çıxışı zamanı toxunduğu məqamlar da bunu təsdiq edir. Nəzər alsaq ki, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib Prezidentin bu çıxışını həm də Azərbaycanın gələcək strateji hədəfləri olaraq da adlandırmaq olar.

ATƏT-in Minsk Qrupu yenə Prezidentin hədəfində idi

Prezident İlham Əliyev çıxışı zamanı ATƏT-in Minsk Qrupu və qrupun bundan sonrakı taleyi məsələsinə toxunub. Ölkə başçısı bildirib ki, “Vasitəçilərə gəldikdə, əfsuslar olsun ki, bu gün də hələ də Minsk Qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur”. Prezidentin başlıca arqumenti budur ki, 1992-ci ildə münaqişəni həll etməyə mandat almış Minsk Qrupu bu günə qədər heç bir nəticə əldə etmədi. Bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı.

Prinsip etibarilə bu doğrudur. Qurum mandat aldığı 1992-ci ildən bu günə qədər ən kiçik uğur əldə etməyib. Əksinə rəsmi Bakı sonda 44 günlük müharibə ilə öz topraqlarını işğaldan azad edib. Bu gün də yerdə qalan problemləri regionda yaratdığı reallıqlar və siyasi iradə ilə həll edir. O ki qaldı ATƏT-in Minsk Qrupunun bundan sonra prosesdə iştirak etməməsinə bunun iki başlıca səbəbi var:

Birincisi, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmışdı. Qrumun mandatı da Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün verilmişdi. Bu gün Dağlıq Qarabağ adında ərazi vahidi olmadığı kimi, bu adda münaqişə də yoxdur. Rəsmi Bakı 44 günlük müharibə ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Hazırda davam edən münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. ATƏT-in Minsk Qrupunun isə iki ölkə arasında davam edən münaqişəni həll etmək üçün mandatı yoxdur.

İkincisi, Prezidentin dediyi kimi hazırda Minsk Qrupu və ya həmsədr deyə bir şey də yoxdur. Belə ki, Rusiya, Fransa və ABŞ-ın bu məsələ ilə bağlı fərdi qaydada, ayrı-ayrılıqda fəaliyyət göstərən XİN nümayəndələri var.

Nəticə etibarilə Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə baxmayaraq bu qurumdan imtina etmədiyi kimi hazırda həmsədrlik institutu və mandat statusu olmayan qurumun prosesə qatılmasına da imkan verməyəcək.

Ermənistan qəbul etdiyi 5 baza prinsipindən yayına bilməyəcək!

Prezidentin çıxışında Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsinə toxunub. Ölkə başçısı faktiki olaraq bildirib ki, sülh sazişi Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında həll ediləcək. Xüsusilə onun “biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik” deməsi rəsmi Bakının bu məsələdə 5 baza prinsipini dəyişməz şəkildə əsas götürdüyündən xəbər verir.

Prinsip etibarilə Ermənistan Baş naziri Nikol Paşinyan da indiki məqamda Azərbaycanın sülh üçün təklif etdiyi 5 baza prinsipi qəbul edir. Ümumiyyətlə onun bu k təklifi rədd etmək kimi şansı da yoxdur. Çünki Azərbaycanla yanaşı, bunu İrəvandan Brüssel də tələb edib.
Hesab edirəm Prezident bu məsələni dilə gətirməsihəm Nikol Paşinyanın ehtimal yayınma cəhdlərinə, həm də Paşinyanın danışıqlara getməsinə etiraz edən müxalif qüvvələrə xəbərdarlıq kimi başa düşülə bilər. Məsələ ondadır ki, hazırda Vətən partiyasının lideri A.Vanetsyanın Ermənistanda başladığı etirazlar Paşinyanı çətin vəziyyətə salıb. Vanetsyan əslində üzdə görünən simadır. Onun ardında dayanan əsas güc keçmiş prezidentlər R.Köçəryan, S.Sarqsyandır. Hazırda bu şəxslərin əsas hədəfi mövcud sülh prosesinə mane olmaq prosesi dalana dirətməkdir. Hesab edirəm məhz buna görə Prezident İlham Əliyev bir daha 5 baza prinsipi məsələsini diqqətə çatdırıb.

İrəvan 5 baza prinsipini qəbul etməsə nə baş verə bilər?

Hesab edirəm İrəvan beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək. Bunu Prezidentin çıxışındakı bəzi məqamlar da təsdiqləyir. Misal üçün Prezident sülh sazişi imzalanmayacağı təqdirdə atılacaq addımlardan bəhs edən “Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi” deyib. Bundan başqa Prezident “1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası”, “1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti”, “1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi” kimi tarixi məsələlərə toxunub. Əslində Prezident bununla açıqca mesaj verir ki, bəli bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, ancaq Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü olaraq tanımasa rəsmi Bakı da bunu edəcək və Zəngəzur, Göyçə kimi məsələlər yenidən gündəmə gələcək. Onuszda XX əsrin əvvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib. Prezident “rəsmi şəkildə bəyan edəcəyik” dedikdə bu ərazilərin Azərbaycana məxsus olduğu tarixinin rəsmi elanını nəzərdə tutur. Çıxışında tarixi faktlara yenidən toxunması da bunu deməyə əsas verir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş