Finlandiya “Olkiluoto-3” Atom Elektrik Stansiyasının (AES) işə salınması sınaqları zamanı Rusiyadan elektrik enerjisinin tədarükünü müvəqqəti olaraq tamamilə dayandırıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən “Fingrid” şirkəti bildirib.
“Olkiluoto-3 AES”-i aprelin 24-də saat 10:30-da sınaqdan keçirib, şəbəkədə hər şey plana uyğun işləyirdi”, - Finqrid açıqlamasında bildirib.
Həmçinin daimi əsasda Finlandiya şirkəti bazar günündən etibarən Rusiyadan elektrik enerjisi idxalını 1300 MVt-dan 900 MVt-a qədər məhdudlaşdırıb.