Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə xəstəlikdən əziyyət çəkən kişi intihar edib

Göygöldə xəstəlikdən əziyyət çəkən kişi intihar edib


Daşkəsən rayon sakini Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Rafiq Qüdrət oğlu Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

Onun uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, mərhumun 2 övladı var.
Xəbəri paylaş