Ermənistan müxalifəti bu gün paytaxt və regional magistralları bağlamaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib.
Onun sözlərinə görə saat 08:30-dan etibarən İrəvan şəhərini iflic vəziyyətinə salınacaq, küçə və yol ayrıcıları bağlayanaq. “Sürücüləri avtomobilləri saatda maksimum 15 km sürətlə sürməyə, yol kəsişmələrində gecikməyə çağırıram", - Saqatelyan deyib.
O vurğulayıb ki, bu gün müxalifət bölgələrdə də yolları bağlayacaq.
Qeyd edək ki, bazar ertəsi səhər Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində İrəvanın mərkəzində küçələri bağlayan 244 nümayişçini saxlayıb. İrəvanın mərkəzindəki “Fransa” meydanına toplaşan müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.