“Rusiyanın Donbasdakı hücumu sürətini itirib və qrafikdən xeyli geri qalıb. Həmçinin son bir ayda əhəmiyyətli ərazi uğurları əldə edə bilməyib”.
Newscenter.az-ın məlumatına görə, “Report” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
“İndi Rusiya, yəqin ki, fevral ayından bəri Ukraynada iştirak edən quru qoşunlarının üçdə birini itirib. Mövcud şəraitdə Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə tempinin sürətlənməsi mümkün deyil”, - bəyanatda deyilir.