Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır

Minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır


Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 %, qeyri-ərzaq məhsulları üzrə 6,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 % artıb.

Beləliklə də, bütün bu rəqəmlər göstərir ki, bahalaşma davam edir və getdikcə daha çox alovlanır. İnflyasiyanı sürətləndirən yenə əvvəlkitək ərzaq mallarıdır.

Yeri gəlmişkən, qeyd edim ki, neftin dünya bazar qiymətləri yüksək olanda, başqa sözlə desəm, büdcədə nəzərdə tutduğumuzdan 2 dəfə artıq olanda, heç vaxt bizdə belə səviyyədə inflyasiya və bahalaşma olmayıb. Bu bir daha onu göstərir ki, hazırki inflyasiya və bahalaşma kənardan idxal olunur.

Odur ki, bunun qarşısını almaq və yaxud məhdudlaşdırmaq əsla mümkündür. Bu istiqamətdə hər hansı addımlar atmaq istəyi və tədbirlər əksinə, yerli istehsalı və iqtisadiyyatın inkişafını boğacaq, daxili bazarın kənardan asılılığını gücləndirəcək.

Bəs, çıxış yolu nədir?

İlin ikinci yarısında büdcədən sosial istiqamətdə maliyyələşdirmə artırılmalıdır. Əhalinin maaş, pensiya və sosial müavinətləri yüksəldilməlidir. Qısa desəm, bu ilin yanvarından olduğu kimi, ikinci bir sosial paket də hazırlanaraq həyata keçirilməli və xüsusən, minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır.

Pərviz Heydərov-iqtisadçı
Xəbəri paylaş