"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.
Newscenter.az-ın məlumatına görə, 51 dövrənin yekununda qalib bəlli olacaq.
"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.
Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.