Finlandiya Prezidenti Sauli Niiniste NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirib.
Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
Onun sözlərinə görə, əgər İsveçin Türkiyə ilə mövcud problemləri ölkənin alyansa üzvlüyünü təxirə salacaqsa, o zaman Finlandiya da NATO-ya daxil olmayacaq.
“İsveçin səbəbi bizim işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - Niiniste bildirib.