Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək üçün gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
Newscenter.az-ın məlumatına görə, bunu Türkiyə lideri Vanda gənclərlə görüşündə deyib.
"Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, amma biz bu həcmləri artırmaq istərdik", - Ərdoğan vurğulayıb.