Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FED uçot dərəcəsini son 28 ildə rekord səviyyədə artırıb

FED uçot dərəcəsini son 28 ildə rekord səviyyədə artırıb


ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb.

Newscenter.az-ın məlumatına görə ""Report" xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

Belə ki, uçot dərəcəsi 1,50%-ə qaldırılıb.

Bu, 1994-cü ildən indiyədək ən böyük faiz artımı sayılır.

FED, həmçinin 2022-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 2,8%-dən 1,7%-ə endirib.

Bundan əlavə, FED 2022-ci ildə ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozu 3,5%-dən 3,7%-ə, 2023-cü ildə isə 3,5%-dən 3,9%-ə yüksəldib.

İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.
Xəbəri paylaş