Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları İtaliyada səfərdədilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları İtaliyada səfərdədilər


Kənd yerlərinin və aqroturizmin inkişafında Avropa İttifaqının təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşları İtaliyada təcrübə səfərindədirlər.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, səfərin əsas məqsədi kənd yerlərinin və aqroturizmin inkişafında dövlət dəstəyi sisteminin təkmilləşdirilməsi, bu sahədə kooperativlərin yaradılması, subsidiya ödənişlərinə nəzarət və monitorinq sahəsində Avropa İttifaqı təcrübəsinin yaxından öyrənilməsidir.

Səfər çərçivəsində ilk olaraq İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Siyasətləri Nazirliyinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə çıxış edən İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Siyasətləri nazirinin diplomatik müşaviri Fabrizio Marcelli İtaliya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri və gələcək planları barədə danışıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev isə öz növbəsində kənd təsərrüfatına dövlət dəstəyi, bu istiqamətdə AKİA-nın fəaliyyəti, icra edilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, iki ölkə arasında əməkdaşlığın daha da artırılmasının əhəmiyyətini vurğulayıb. Seymur Mövlayev əlavə edib ki, gələcəkdə də kənd yerlərinin inkişafı, kənd təsərrüfatı sahələrində rəqabət qabiliyyətinin gücləndirilməsi, aqroturizm sektorunun inkişafı, gənclərin aqrar sahədə məşğulluğunun artırılması, kooperativ şəkildə fəaliyyətin dəstəklənməsi və kiçik fermer təsərrüfatlarının birgə fəaliyyət formaları üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində əməkdaşlıq davam etdiriləcək.

Sevinc
Xəbəri paylaş