"Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan layihə artıq hökumətə təqdim edilib".
Newscenter.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.
O qeyd edib ki, hazırda layihəyə baxılmaqdadır.