Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AmCham Azərbaycan “Qadınların İqtisadi Gücləndirilməsinə Dəstək Bəyannaməsi”-ni imzalayıb

AmCham Azərbaycan “Qadınların İqtisadi Gücləndirilməsinə Dəstək Bəyannaməsi”-ni imzalayıb


Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu 24 iyun 2022-ci il tarixində “Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi”-nə həsr olunmuş konfransda iştirak etmişdir.

Newscenter.az xəbər verir ki, tədbir zamanı ən önəmli anlardan biri AmCham Azərbaycanın prezidenti tərəfindən tarixi “Qadınların İqtisadi Gücləndirilməsinə Dəstək Bəyannaməsi”-nin imzalanması olub. Bəyannamə müəyyən edilmiş öhdəliklərə uyğun olaraq gender bərabərliyini, həmçinin müxtəlifliyi təşviq etmək üçün hərtərəfli və davamlı siyasət, prosedur və fəaliyyətləri həyata keçirmək məqsədi daşıyır və artıq dünyanın 45-dən çox ölkəsində AmCham tərəfindən imzalanıb.

Bu əlamətdar tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri, şirkət rəhbərləri, palatanın üzv şirkətləri və diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.

Konfrans sorğu, fokus-qrup müzakirələri və məlumatlandırıcı müsahibələrin nəticələrinə əsaslanan qrup təqdimatları ilə yekunlaşıb.

Sevinc
Xəbəri paylaş