Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası işə başlayıb.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə 10-cu sessiyanın rəhbəri, Banqladeşin turizm naziri Mahbub Ali açıb.
O, qısa çıxışdan sonra indiki sessiyaya rəhbərliyi Azərbaycana - Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyeva verib. Azərbaycan rəsmisi çıxış edərək Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətini oxuyub.