ABŞ və Almaniya Ukraynaya vəd etdikləri silahların 40 faizindən az hissəsini verib.
Newscenter.az-ın məlumatına görə, “Report” Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, bu, Almaniyanın Kil Dünya İqtisadiyyatı İnstitutunun monitorinqinin nəticələrində bildirilib.
İnstututun araşdırmasına əsasən, Ukraynaya silah tədarükü dövriyyəsi azalır:
“İyunun 8-dən iyulun 1-dək silah tədarükü üzrə öhdəliklərə xüsusi əlavələr edilməyib, əksinə, ötən aylarla müqayisədə bu göstəricilər azalıb”.
Bildirilib ki, Qərb 80,7 milyard avro məbləğində yardım vəd edib.
“Polşa vədinə əməl etmək məsələsində liderdir. Bu ölkə Ukraynaya boyun olduğu silahların hamısını tədarük edib. Polşa qonşu dövlətə 1,8 milyard avro məbləğində silah sursat və hərbi texnika vəd edib. Polşa silah göndərmək məsələsində yalnız ABŞ-dan geri qalırsilah göndərib”, - qəzetdə bildirilib
Polşadan başqa vədinə 100 faiz əməl edən digər ölkələr bunlardır: Latviya, Fransa, İtaliya, Belçika, Lüksemburq, Finlandiya, Solveniya, Avstriya və Bolqarıstan.
Vədlərinə 58-98 faiz əməl edənlər: Estoniya, Norveç, Çexiya, Niderland, Litva, Slovakiya, İspaniya, İsveç, Danimarka, Avstraliya.
ABŞ vəd etdiyi silahların 38,4 faizini tədarük edib, 61,6 faizini isə hələ verməyib.
Almaniya 675 milyon avro məbləğində silah verəcəyini boyun olsa da indiyədək bunun 39,9 faizinə (269 milyon avro) əməl edib, 60,1 faizinə əməl etməyib.
Bəzi ölkələr isə vədinin 1 faizini də yerinə yetirməyib.